RU

Novruz tətilni xaricdə keçirmək neçəyə başa gəlir? QİYMƏTLƏR

ain.az, Baku.ws saytına istinadən bildirir.

"Novruz bayramı ərəfəsində azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi xarici istiqamətlər sırasında ilk yerlərdə Dubay dayanır. Son illər ərzində Dubay Novruz mövsümündə ən populyar istirahət məkanlarından biri kimi mövqeyini qoruyur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Turizm üzrə ekspert Rəhman Quliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb əlverişli hava şəraiti, geniş alış-veriş imkanları və bayram günlərinə təsadüf edən əyləncə proqramlarıdır:

"Bayram dövründə artan tələbat səbəbindən Dubay istiqamətində turpaketlər aktiv şəkildə satılır və qiymətlərdə yüksəliş müşahidə olunur. Hazırda bazarda formalaşan qiymətlərə əsasən, 5 gecəlik iki nəfərlik Dubay turları 2500 manatdan başlayır. Dubay istiqamətində qiymətlər hotel kateqoriyası və seçilən proqramdan asılı olaraq daha da yüksələ bilər.

İstanbul isə Azərbaycandan qısa uçuş məsafəsi və zəngin mədəni mühiti ilə ən çox seçilən istiqamətlərdəndir. Xüsusilə 5-6 gecəlik turlar daha çox tələb görür. Həm mədəni turizm, həm də alış-veriş baxımından cəlbedici olan İstanbul kampaniya paketlərində orta qiymət seqmentində lider istiqamətlərdən hesab olunur. İstanbul üzrə 5 gecəlik paketlər iki nəfər üçün təxminən 2000 manatdan başlayır.

Bundan əlavə, Şarm əl-Şeyx və Doha da orta büdcəli Novruz turları arasında yer alır. Bu istiqamətlər əsasən günəşli istirahət və dəniz turizmi axtaran səyahətçilər tərəf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
77
1
baku.ws

2Источники