RU

Ukrayna Almaniya hərbçilərinə təlim keçəcək

Ukrayna hərbçiləri yeni proqram çərçivəsində Almaniya ordusuna pilotsuz uçuş aparatlarının tətbiqi və müasir komanda-idarəetmə texnologiyaları üzrə təlim keçəcəklər. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

DPA agentliyinin yazdığına görə, ötən cümə günü iki ölkənin hərbi qurumları arasında ukraynalı təlimatçıların iştirakı ilə proqramın həyata keçirilməsi barədə razılıq əldə olunub. Məlumatı adı açıqlanmayan Bundeswehr sözçüsü təsdiqləyib.

“Plan ukraynalı hərbçilərin döyüş təcrübəsini təlim prosesinə inteqrasiya etməkdir”, – deyə rəsmi bildirib, lakin əlavə detallar açıqlamayıb.

Der Spiegel nəşri yazır ki, Berlin 2022-ci ildən bəri Ukrayna ordusunun qazandığı “əsas bacarıqlara”, xüsusilə dronların tətbiqi və onlara qarşı müdafiə sahəsində əldə edilən təcrübəyə xüsusi önəm verir. Nəşrin sitat gətirdiyi alman zabitlərin sözlərinə görə, hazırda NATO daxilində Ukrayna qədər real döyüş təcrübəsinə malik başqa ölkə yoxdur.

Münaqişə zamanı həm Ukrayna, həm də Rusiya qüvvələri zərbə və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatlarından geniş istifadə edib. Bu isə döyüş meydanında taktikanı əhəmiyyətli dərəcədə dəyişdirərək bir sıra ənənəvi yanaşmaları aktuallığını itirməyə məcbur edib.

Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, 2025-ci ilin mayında Estoniyada keçirilən “Hedgehog 2025” təlimləri zamanı eston bölməsinin tərkibində fəaliyyət göstərən təxminən 10 ukraynalı dron operatoru minlərlə NATO hərbçisinin iştirak etdiyi mexanikləşdirilmiş hücumu dəf edə bilib. Məlumata görə, təlim ssenarisi çərçivəsində bir gün ərzində iki batalyon “zərərsizləşdirilib”, 17 zirehli texnika “məhv edilib” və 30 hədəfə zərbə endirilib.

Nəşr qeyd edib ki, təlimlərin nəticələri bəzi NATO rəsmiləri tərəfindən “narahatedici” kimi qiymətləndirilib.

Избранный
55
veteninfo.az

1Источники