RU

"Bu atmosferdə 10 nəfərlə oynamaq asan deyil" - "Yuventus"un müdafiəçisi

"Yuventus" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda səfərdə "Qalatasaray"a 2:5 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisinin futbolçusu Pyer Kalulu matçdan sonra açıqlama verib. Fransalı mərkəz müdafiəçisi rəqibin daha yaxşı oynadığını deyib:

"Yaxşı oynadığımızı deyə bilmərəm. Fasiləyə hesabda öndə yollanmağımıza rəğmən ikinci hissə bizim üçün pis keçdi. Bu atmosferdə 10 nəfərlə oynamaq asan deyil. Komanda olaraq matça yaxşı hazırlaşmışdıq. Zədəli futbolçularımızın olmasına baxmayaraq əlimizdən gələni etdik. "Qalatasaray" yaxşı futbol oynadı. Turindəki cavab görüşündə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

saytlarin hazirlanmasi

Избранный
24
1
sportal.az

2Источники