RU

“Telegram” yazışmalarına xarici kəşfiyyat orqanlarının əlçatanlığı var – Rusiyalı nazir

“Rusiyanın xarici kəşfiyyat orqanlarının “Telegram” yazışmalarına çıxışı olduğuna dair birbaşa dəlilləri var”.

Herbiand.az xəbər verir ki, bu iddianı Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev irəli sürüb.

O, bu məlumatların Rusiya ordusuna qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edildiyini də bildirib.

Roskomnadzor 10 fevralda “Telegram”a məhdudiyyətlər tətbiq ediməsi tədbirlərini gücləndirib. Xidmətin domeni üçün sorğunun işlənməsi üçün lazım olan vaxt ikiqat artıb. Tənzimləyici orqan Rusiyada serverlərini yerləşdirməsə və "Rusiya qanunvericiliyinə əməl etməsə", məhdudiyyətləri davam etdirəcəyinə söz verib. Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas “Telegram”ın tamamilə bloklamsını təklif edib.

"Baza" kanalı mənbələrə istinadən iddia edir ki, hakimiyyət 1 apreldən etibarən "messengerin tamamilə bloklanmasını" planlaşdırır.

Избранный
87
herbiand.az

1Источники