RU

Tədqiqat: Yatmazdan 3 saat əvvəl yeməyi dayandırmaq ürəyi sağlamlaşdıra bilər

ABŞ-nin American Northwestern Medicine mərkəzinin apardığı yeni araşdırma göstərib ki, yatmazdan əvvəl son 3 saat ərzində qida qəbulunu dayandırmaq ürək və maddələr mübadiləsi sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir edir.

E-saglam.az xəbər verir ki, tədqiqatda iştirak edən kilolu insanların bir qismi axşam yeməyini daha erkən bitirib və gecə 13–16 saatlıq oruc rejiminə keçib. Digər qrup isə əvvəlki rejimi — 11–13 saatlıq gecə fasiləsini qoruyub.

Hər iki qrup yatmazdan üç saat əvvəl işıqları söndürərək eyni şəraitdə yatıb. Qida miqdarı dəyişdirilməsə də, yalnız yemək vaxtının erkənləşdirilməsi ciddi fərqlər yaradıb. Erkən yeyib daha uzun fasilə verən qrupda gecə qan təzyiqi və nəbzin əhəmiyyətli dərəcədə aşağı düşdüyü, qan şəkərinin isə daha sabit olduğu müəyyən edilib.

Alimlər bildirirlər ki, bu üsul ürək xəstəliyi riski yüksək olan insanlar üçün pəhrizi dəyişmədən tətbiq edilə bilən praktik və təhlükəsiz bir strategiyadır. Sirkadiyalı ritmin — yəni bədənin bioloji saatının — maddələr mübadiləsi, şəkər tənzimi və ürək funksiyalarında həlledici rol oynadığı vurğulanır. Onun pozulması piylənmə, 2-ci tip diabet və ürək xəstəliklərinin riskini artırır.

Araşdırmanın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
17
e-saglam.az

1Источники