Deputatın sözlərinə görə, rəsmi Minsk Kiyevin təxribat xarakterli addımlarına uymayacaq və hər hansı sanksiyaya "ağıllı şəkildə" cavab verməyi bacarır. O vurğulayıb ki, Belarus rəhbərliyi emosional qərarlar qəbul etmir və xarici təzyiqlərə qarşı praqmatik siyasət yürüdür.
Qeyd edək ki, Ukrayna son dövrlər Belarus rəhbərliyinə qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. Rəsmi Minsk isə bu addımları siyasi motivli qərar kimi qiymətləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31