RU

Məşhur cütlük evlənir - İki toy edəcəklər - FOTO

Təxminən bir ildir münasibətdə olduğu deyilən aktrisa Esra Bilgiç və iş adamı Faruk Sabancının bu yay ailə qurmağa hazırlaşdığı iddia edilir.

Milli.Az xəbər verir ki, məlumatlara görə, son aylarda daha da ciddiləşən münasibət ailələrin görüşündən sonra yeni mərhələyə qədəm qoyub. Cütlük iki ayrı toy mərasimi planlaşdırır.

İddialara görə, ilk mərasim İtaliyanın məşhur turizm şəhəri olan Portofinoda keçiriləcək. Təxminən 200 nəfərlik seçilmiş qonaq siyahısı ilə təşkil olunacağı bildirilən mərasimin daha özəl və məhdud çevrədə baş tutacağı deyilir.

Məlumatlarda qeyd olunur ki, İtaliyadakı mərasimdən sonra İstanbulda daha genişmiqyaslı ikinci toy məclisi təşkil ediləcək. Bu mərasimin iş, incəsənət və yüksək cəmiyyət nümayəndələrini bir araya gətirəcəyi iddia olunur.

Hazırda cütlük tərəfindən rəsmi açıqlama verilməyib. Münasibətlərini adətən mediadan uzaq saxlayan tərəflər yayılan xəbərlərlə bağlı hələlik susqunluqlarını qoruyurlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
33
1
milli.az

2Источники