RU

Milli Cəbhə Partiyasının qərargahında qanvermə aksiyası keçirilir - FOTOLAR

Bu gün Milli Cəbhə Partiyası (MCP) talassemiyalı uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirir. 

"Cebheinfo.az" xəbər verir ki, "Talassemiyasız həyat naminə" adlı aksiya bu gün partiyanın mərkəzi qərargahında başlayıb.

Səhər saatlarından başlayan aksiyada ilk olaraq həkim-hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb. 

Daha sonra onlardan qaydalara uyğun olaraq qan nümunələri götürülüb. Toplanan qan nümunələri müvafiq laborator analizlər aparıldıqdan sonra qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, aksiyanın tərəfdaşları arasında "Cebhe.info” Xəbər Portalı da var. 

Избранный
71
cebheinfo.az

1Источники