RU

Həyat yoldaşına onun bəyənilmədiyini demək qanunsuz hərəkət sayılacaq

Bakı. Trend:

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onunbəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailəqanunvericiliyinə zidd davranış hesab ediləcək.

Trend-inqüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə,ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailəninmöhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlıyardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyatakeçirilməsi məqsədlərinə xidmət edir.

Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkənvə vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq vəazadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçünbirgə fəaliyyət göstərməlidir.

Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailəmünasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilindəqarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad,məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır.Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə olunabilər.

  • Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fizikişiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi,cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi iləmaraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və yaərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma,hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosionalcəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və yakənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailəqanunvericiliyinə zidd digər davranışlar.

Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuşdigər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründəbirgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dairnikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər),habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilənbir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım vəqayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvadmünasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə vəs.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz.

Избранный
93
12
az.trend.az

10Источники