RU

Estoniya öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır – XİN rəhbəri – VİDEO

Estoniya öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna məlumat verib.

Nazir bildirib ki, Estoniya tərəfi öz ərazisində nüvə silahının yerləşdirilməsinə qarşı deyil.

Onun sözlərinə görə, ölkənin hazırkı doktrinasında belə bir addımı istisna edən hər hansı bənd mövcud deyil.

“Biz öz ərazimizdə nüvə silahının yerləşdirilməsinin əleyhinə deyilik. Bizim buna imkan verməyən belə bir doktrinamız yoxdur.

Əgər NATO müdafiə planlarımıza uyğun olaraq nüvə silahının Estoniya ərazisində yerləşdirilməsini zəruri hesab edərsə, biz buna hazırıq”, – Tsaxna vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
74
interpress.az

1Источники