RU

Sanat Kuşkumbayev: C6 formatı xarici bazarlara birgə çıxış üçün effektiv platformaya çevrilə bilər  

C6 formatı sənaye siyasətinin koordinasiyası, standartların uzlaşdırılması, birgə xarici bazarlara çıxış və Avropa İttifaqı, Çin, Yaxın Şərq, Cənubi Asiya və digər regionlarla dialoqda kollektiv danışıqlar üzrə mövqelərin gücləndirilməsi üçün effektiv platformaya çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Sanat Kuşkumbayev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək-Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Sanat Kuşkumbayev qeyd edib ki, əvvəl mövcud olmuş C5+ formatlarından fərqli olaraq, C6 modeli birbaşa region ölkələrinin öz subyektivliyinə əsaslanır. Onun fikrincə, əsas subyektlik məhz region dövlətlərinin özləri tərəfindən müəyyən edilməlidir.

Избранный
34
2
azerbaijan-news.az

3Источники