RU

Politico: Avropanın şərqi təhlükədədir

Azvision saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin "Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, bu vəziyyət sözügedən ərazilərdə həmçinin investisiyaların, yükdaşıma və turizm dövriyyələrinin azalmasına gətirib çıxarıb, xüsusilə Baltikyanı ölkələrin, habelə Finlandiya və Polşanın iqtisadiyyatına böyük zərbə vurub: "Avropa İttifaqı burada əhali azaldıqca şərq sərhədlərinin müdafiə qabiliyyətinin təhlükə altında qalacağından narahatdır. Eyni zamanda, sakinlər üzləşdikləri iqtisadi çətinliklər qarşısında seçkilərdə marjinal partiyalara səs verə, hətta Rusiyanın apardığı təbliğata aldana bilərlər. Avropa Komissiyası böhranın qarşısını almaq məqsədilə beynəlxalq maliyyə təşkilatlarını əraziyə yardım ayırmağa çağıracaq". Polşanın Karpat vilayətinin qubernatoru Vladislav Ortil qəzetə müsahibəsində diqqətə çatdırıb ki, Avropanın şərqi münaqişənin nəticələrindən: davamlı miqrasiya axınından, nəqliyyat əlaqələrində fasilələrdən, habelə dövlət xidmətləri və regional iqtisadiyyat üzərində artan təzyiqdən əziyyət çəkir: "Geosiyasi gərginliyin yüksəlməsi fonunda Aİ-nin resursları şərq sərhədinin dayanıqlığını gücləndirmək üçün yenidən bölüşdürülməlidir". Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
azvision.az

2Источники