RU

Qum fırtınası da insanları ÖLDÜRÜR

ABŞ-nin Kolorado ştatında qum fırtınasının görünüş məsafəsini azaltması səbəbindən 30-dan çox avtomobilin iştirak etdiyi zəncirvari qəza baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, Kolorado polisi qəzanın yerli vaxtla saat 10:00 radələrində Pueblo şəhəri yaxınlığında yerləşən I-25 magistral yolunda baş verdiyini açıqlayıb. 30-dan çox nəqliyyat vasitəsinin iştirak etdiyi zəncirvari qəza nəticəsində bəzi avtomobillərin yoldan çıxdığı qeyd edilib. 

Kolorado Polisi Sözçüsü Brayan Layons qəzada müxtəlif avtomobillərdə olan 4 nəfərin həyatını itirdiyini, 29 nəfərin isə yaralandığını qeyd edib: “Hadisə zamanı görünüş məsafəsi demək olar ki, sıfır idi”.

Избранный
40
1
cebheinfo.az

2Источники