RU

Əyləncə mərkəzinin rəhbərindən autizmli uşağa şiddət?- “Sürüyərək qapıya doğru...”

Bakının Əsəd Əhmədov küçəsində yerləşən “Play Garden” Uşaq-Əyləncə Mərkəzində autizmli uşağa qarşı zorakı davranış edildiyi iddia olunur. 

“Cebheinfo.az” –a müraciət edən valideyn bildirib ki, hadisə dünən axşam saatlarında, 77 nömrəli avtobusun son dayanacağı istiqamətində yerləşən mərkəzdə baş verib. 

Şikayətçi bildirir ki, 10 yaşlı autizmli oğlu oyun zalında olarkən özünü mərkəzin sahibi kimi təqdim edən şəxs uşağa qarşı kobud davranıb və onu zaldan çıxarmağa çalışıb. 

Ana iddia edir ki, həmin şəxs uşağı sürüyərək qapıya doğru aparıb və bu zaman alçaldıcı ifadələr işlədib. Valideynin sözlərinə görə, obyekt nümayəndəsi “bu cür uşaqları evdə saxlamaq lazımdır”, “mənim obyektimə belə uşağın girməsi qadağandır” kimi ifadələr səsləndirib. 

Şikayətçi qeyd edib ki, müdaxilə etsə də, qarşı tərəf Azərbaycan qanunlarına istehza ilə yanaşıb və “kimə istəyirsən şikayət et” deyə cavab verib. Hadisədən sonra uşağın psixoloji travma aldığı qeyd olunur. Qeyd edək ki, qanunvericiliyə əsasən, şəxslərə qarşı ayrı-seçkilik və onların ictimai məkanlardan istifadəsinin məhdudlaşdırılması yolverilməzdir. 

Qeyd edək ki, valideyn hadisən dərhal sonra Əyləncə Mərkəzinin qarşısına bu barədə oğlu ilə bərabər video çəkib və hadisənin təfərrüatını danışıb. Video redaksiyamıza təqdim edilib. Azyaşlının hüquqlarıın müdafiə baxımından hələlik videonı yayımlamamaq qərara alınıb.

Избранный
32
1
cebheinfo.az

2Источники