RU

9 Fərqli Rəng Seçimi ilə Yeni Audi Q5 Tezliklə Azərbaycanda!

Audi-nin ən çox sevilən SUV modellərindən olan Audi Q5, üçüncü nəsil tam yenilənmiş dizaynı, müasir texnologiyaları və dinamik performansı ilə Azərbaycanda da tezliklə satışa çıxır! Bu prestijli SUV artıq 9 fərqli eksteryer rəng seçimi ilə iki fərqli gövdədə Audi Q5 və Audi Q5 Sportback olaraq qarşımızda olacaq.

Yeni Q5-in yeni rəng palitrası, onun xarizmatik xarici görünüşünü daha da vurğulayır. Azərbaycanda təqdim olunacaq 9 fərqli rəng tonu belədir:

· Myth Black – qaranın zəngin və dərin tonu

· Tambora Gray – zərif və modern boz

· Daytona Gray – məşhur, zərif, tünd metallik boz

· Glacier White – ağ rəngin saf və parlaq tonu

· Navarra Blue – dərin mavi, dinamik görünüş

· Ultra Blue – enerjili mavi

· District Green – diqqətçəkən, təbii yaşıl

· Sakhir Gold – isti qızılı ton

· Grenadine Red – iddialı və parlaq qırmızı

Bu rəng spektri Q5-in premium xarakterini daha da gücləndirir və hər zövqə uyğun individual tərtibat imkanı yaradır.

Dizayn və Texnologiya: Modern Estetika ilə Funksionallığın Sintezi

Yeni Audi Q5, xarici dizaynında daha dinamik və müasir xəttlərə sahibdir. Ön radiator barmaqlığından tutmuş arxa işıqlara qədər hər detal innovativ Audi üslubunu əks etdirir. Premium Platform Combustion (PPC) əsaslı yeni nəsil şassi mükəmməl balanslaşdırılmış idarəetmə və performans təmin edir.

Ən son Audi texnologiyalarından bəziləri:

· MHEV plus texnologiyalı mühərriklər - daha səmərəli yanacaq idarəçiliyi.

· Geniş infotainment sistemi - intuitiv interfeys və rahat idarəetmə.

· Avtomatik kömək sistemləri və təhlükəsizlik paketləri - sürücü üçün maksimal sürüş dəstəyi, sərnişinlər üçün maksimal təhlükəsizlik.

Performans və Sürüş Rahatlığı

Yeni Audi Q5, həm şəhər içi, həm də uzun yol səyahətləri üçün ideal dizayn edilmişdir. Quattro tam ötürücü sistemi yol şəraitindən asılı olmayaraq daha stabil və etibarlı performans təmin edir.

Audi Azərbaycandan verilən məlumatlara əsasən, Yeni Audi Q5 və Audi Q5 Sportback modelləri bu il ölkəmizdə rəsmi olaraq satışa çıxacaq. Öncədən sifariş seçimlərindən yararlanaraq, bu modellərin ölkədə ilk sahiblərindən biri ola bilərsiniz.

Ətraflı məlumat üçün:

Audi Bakı Mərkəzi

Ünvan: Babək Prospekti 43A

Əlaqə: *2299

Избранный
39
1
far.az

2Источники