RU

Bu dəfə avtomat, pulemyot, tapança aşkar olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Cebheinfo.az" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-si polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.

Bundan başqa, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.

"Cebheinfo.az"

Избранный
90
6
cebheinfo.az

10Источники