İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başlayır.
Bakıvaxtı.az xəbər verir ki, birgə hərbi dəniz təlimlərinin sabah Oman dənizində və Hind okeanının şimal hissəsində keçiriləcəyi bildirilib.
Məlumatda qeyd edilib: “Bu təlimlər hər iki tərəfin dənizdə əməkdaşlığını gücləndirmək və bu bölgədə dəniz ticarətinin təhlükəsizliyini dəstəkləmək öhdəliyini nümayiş etdirir”.
Qeyd edək ki, İran bundan əvvəl Hörmüz boğazında hərbi təlim keçirdiyini elan edib.