RU

Pakistanlı alim ADAU nun elmi imkanlarını yüksək qiymətləndirib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 18 fevral, Elcan Məmmədov, AZƏRTAC

Pakistanın Kənd Təsərrüfatı və Nüvə Biologiyası İnstitutunun şöbə müdiri, professor Məhəmməd Akhtar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rektor Zəfər Qurbanov ADAU-nun beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə daim önəm verdiyini, xüsusilə nüvə biologiyası və müasir kənd təsərrüfatı texnologiyaları sahəsində birgə layihələrin universitetin elmi potensialını daha da gücləndirəcəyini diqqətə çatdırıb.

Görüş zamanı ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində akademik və elmi əməkdaşlıq imkanları, müasir texnologiyaların tətbiqi və elmi tədqiqatların perspektivləri müzakirə edilib.

Professor Akhtar Azərbaycanın aqrar elmi potensialını yüksək qiymətləndirərək, tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
azertag.az

1Источники