RU

Talqat Kaliyev: C6 formatı çərçivəsində çevik və mobil katibliyin yaradılması məqsədəuyğun ola bilər

Bakı, 18 fevral, AZƏRTAC

C6 formatı çərçivəsində kiçik, çevik və mobil katibliyin yaradılması məqsədəuyğun ola bilər. Belə bir mexanizm institusional yaddaşın qorunmasını təmin edər, eyni zamanda, çevik və gələcəyə yönəlik proseslərin ardıcıllığını saxlayar.

AZƏRTAC xəbər verir ki, bunu siyasi elmlər namizədi, Qazaxıstan Respublikası Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək-Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırkı mərhələdə ənənəvi əməkdaşlıq formatları öz imkanlarını böyük ölçüdə tükədib və bu səbəbdən daimi yaradıcı axtarış, çevik yanaşma və mövcud vəziyyətin davamlı monitorinqi zəruridir. Əsas məqsəd yeni, daha effektiv və daha maraqlı əməkdaşlıq mexanizmləri təklif etməkdən ibarət olmalıdır.

Talqat Kaliyev, həmçinin gənc nəslin regional yaxınlaşmaya istiqamətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, məktəblərarası və akademik mübadilə proqramlarının təşkili, davamlı dialoq və ümumi regional kimliyin formalaşdırılması gələcək əməkdaşlığın möhkəm təməlini yarada bilər.

Talqat Kaliyev vurğulayıb ki, dünya sürətlə regionalizasiyaya doğru irəliləyir və bu şəraitdə C6 ölkələri üçün ortaq gündəliyin formalaşdırılması, birgə qərarların qəbulu və yaranan qlobal qeyri-sabitlikdən maksimum fayda əldə etmək xüsusi əhəmiyyət kəsb edir.

Избранный
62
3
azertag.az

4Источники