Bakı. Trend:
Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələriarasında inteqrasiya proseslərində böyük rol oynayıb.
Trend xəbər verirki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru,İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadəBakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – stratejidialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışızamanı bildirib.
Onun sözlərinə görə, siyasi, iqtisadi və humanitar yardımAzərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrininmöhkəmlənməsinə töhfə verib.
“İnteqrasiya proseslərimizdə Orta Dəhlizin inkişafı çox böyükrol oynayıb. Çünki son dörd ildə Rusiya dəmir yolları sanksiyalaraltındadır. Avropa məhsullarının Rusiya dəmir yolları vasitəsiləÇinə və Mərkəzi Asiyaya daşınması çətinləşib”, – deyə F.İsmayılzadə qeyd edib.
O əlavə edib ki, İran artıq 20 ildən çoxdur sanksiyalaraltındadır və müvafiq olaraq, Bakı və Ələt üzərindən keçərək Aktauvə Türkmənistan limanlarını birləşdirən marşrut – Orta Dəhlizmünasibətlərin inkişafı üçün əsas inteqrasiya həlqəsinəçevrilib.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan Çin istiqamətinə getdikcədaha çox diqqət ayırır. Ötən ilin aprel ayında Prezident İlhamƏliyev Çinə dövlət səfəri edib və orada strateji tərəfdaşlıqhaqqında müqavilə imzalanıb”, – deyə o xatırladıb.
Eyni zamanda, Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan-Çinmünasibətlərinin inkişafı Mərkəzi Asiyada inteqrasiya prosesləriningüclənməsinə də təsir göstərir.
“Çin bazarlarına çıxış üçün Azərbaycan Mərkəzi Asiyadankeçməlidir. Bu isə infrastruktur və nəqliyyat layihələrinin, enerjilayihələrinin və birgə investisiyaların inkişafı deməkdir. Bunagörə də Azərbaycan hazırda Qazaxıstan, Özbəkistan və Qırğızıstanilə ikitərəfli investisiya fondlarına malikdir və bu fondlariqtisadi əlaqələrin möhkəmlənməsinə fəal şəkildə töhfə verir”, –deyə o əlavə edib.
Bununla yanaşı, o, tərəflərin birgə iqtisadi layihələrə vəistehsala sərmayə qoyduğunu vurğulayıb.
“Qarabağda artıq birgə Azərbaycan-Özbəkistan tekstil fabrikifəaliyyət göstərir. Gələcək üçün çoxsaylı planlar mövcuddur. Buproseslər göstərir ki, Azərbaycan üçün Mərkəzi Asiya iləinteqrasiya sadəcə pafoslu siyasi şüarlar deyil. Bu, iqtisadi,nəqliyyat və enerji layihələrində konkret inteqrasiyadır. Bütünbunlar C6 formatına təsir göstərir.
C6 formatı onun institutlarının möhkəmləndirilməsinə diqqətyetirildiyi təqdirdə böyük perspektivə malikdir. Bu halda o,əvvəlcə humanitar platforma kimi – kifayət qədər zəif inteqrasiyaforması kimi başlayan, lakin sonradan güclü institusionallaşmaprosesi və müxtəlif əməkdaşlıq mexanizmlərinin inkişafı ilə seçilənTürk Dövlətləri Təşkilatı kimi yaxşı nümunəyə çevrilə bilər”, –deyə Fariz İsmayılzadə fikrini yekunlaşdırıb.