RU

Peyvəndlər nədən və necə hazırlanır?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Peyvənd insanı təhlükəli bakteriya və viruslardan qorumağa kömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, peyvəndlərin tərkibinə spesifik immun cavabı yaradan komponent (antigen) və əlavə maddələr daxildir.

Tərkibindəki aktiv komponentə görə canlı peyvəndlər və cansız peyvəndlər olaraq təsnif olunur.

Canlı peyvəndlər viruslar və ya bakteriyalardan istehsal olunur. Bu mikroorqanizmlər laboratoriya şəraitində çoxsaylı kultivasiya nəticəsində zəiflədilir. 

Cansız peyvəndlər isə viruslar və ya bakteriyaların inaktiv (öldürülmüş) materialından hazırlanır. Bu növ peyvəndlər canlı peyvəndlərə nisbətən daha zəif spesifik müdafiə yaradır. 

Ona görə də infeksiyaya qarşı kifayət qədər spesifik anticisim yaradılması məqsədilə, inaktivləşdirilmiş peyvəndlər müəyyən fasilələrlə bir neçə dəfə istifadə olunur.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
1
cebheinfo.az

2Источники