RU

Səudiyyə Türkiyədən “Kaan” alır: ABŞ hərəkətə keçdi

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanından Türkiyənin beşinci nəsil “Kaan” qırıcılarını almaq istəməsi ilə bağlı izahat tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarənin istehsalçısı “Turkish Aerospace İndustries” şirkəti müqavilənin bu ilin əvvəlində bağlanacağını gözləyir:

“Vaşinqton Ankaranın Amerika F-35-lərinə alternativ hesab etdiyi beşinci nəsil “Kaan” qırıcısının mümkün alınması ilə bağlı krallıqdan rəsmi izahat istəyib. ABŞ səudiyyəlilərə bir siqnal verib: sizcə, Amerika tərəfi hansı ehtiyacları ödəmir ki, “Kaan” üçün Türkiyəyə üz tutursunuz? Bu administrasiya Amerika Yaxın Şərq ölkələrinə müdafiə məhsullarının ixracatının birinci yerdə olması üçün yeganə təchizatçı olmaq istəyir. Mümkün “Kaan” müqaviləsi ABŞ müdafiə sənayesinin Səudiyyə bazarındakı payını azalda bilər. Lakin onlar ABŞ-ın krallığa Türkiyə ilə potensial müqavilə modelinə heç bir real alternativ təqdim edə bilməyəcəyini də etiraf edirlər. Məsələ burasındadır ki, mümkün “Kaan” razılaşması Ər-Riyad və Ankara arasında baş tutsa, Türkiyə şirkəti istehsal müəssisələrini Səudiyyə Ərəbistanı ərazisinə də yerləşdirə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
axar.az

1Источники