RU

Cenevrədə Ukrayna ilə bağlı danışıqların bərpasının vaxtı açıqlanıb - TASS

Rusiya, ABŞ və Ukrayna arasında İsveçrənin Cenevrə şəhərində üçtərəfli məsləhətləşmələr bu gün davam edəcək.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, TASS agentliyi bu günkü görüşün yerini və vaxtını açıqlayıb.

Görüş yerli vaxtla saat 09:00-da ( Bakı vaxtı ilə 12:00 ) "InterContinental" otelində başlayacaq.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə Ukrayna ilə bağlı danışıqların üçüncü raundu keçirilib və altı saatdan çox davam edib. Görüşdə atmosferin gərgin olduğu bildirilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
56
missiya.az

1Источники