RU

Buzovna qəsəbəsində işıq olmayacaq

Bu gün Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
 
"Azərişıq" ASC-dən Moderator.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.
 
Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
 
Избранный
47
49
moderator.az

10Источники