RU

Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans keçiriləcək

Bakı.Trend:

Bakıda “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalqkonfrans keçiriləcək.

Trend xəbərverir ki, beynəlxalq konfrans Təşəbbüs Qrupunun təşkilatçılığı iləbaş tutacaq.

Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisiilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər,müstəmləkəçiliyə həsr edilənVirtual Muzeyin yaradılmasında iştiraketmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərənmüstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializmsahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdəmüstəmləkəyə məruz qalmış xalqların travmatik və sosialtəcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindənqaynaqlanan struktur problemlər və davam edən bərabərsizlikhallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrinsənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçünməlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafındamüzakirələr aparılacaq. Eyni zamanda, fərdi həyat hekayələrininsənədləşdirilməsi və bu tipli materialların beynəlxalqplatformalarda yayılması, xüsusilə kolonializmin əsarət altındayaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixolojinəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsiməsələləri gündəmə gətiriləcək. Müzakirələrdə həmçinin rəqəmsal vəelmi platformaların beynəlxalq təşkilatların müvafiq virtualsistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edənbeynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materiallarıüçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzindəolacaq.

Qeyd edək ki, konfrans tarixi baxımdan əhəmiyyətlidir. Belə ki,ilk dəfə antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindəntəsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrupmüsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyathekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixolojitəsirləri sistemli şəkildə qeydə alıblar.

Məqalədə:
Избранный
23
17
az.trend.az

10Источники