RU

Okan Burukdan “Qarabağ”a və Qurban Qurbanova mənəvi dəstək VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çempionlar Liqasında doğma meydanda “Yuventus” üzərində qazanılan inamlı qələbədən sonra “Qalatasaray”ın baş məşqçisi mətbuat konfransında “Qarabağ”ı da unutmayıb.

İdman.Biz xəbər verir ki, Okan Buruk “Qarabağ”a Çempionlar Liqasının pley-off mərhələsində mənəvi dəstəyin verib.

“Bilirsiniz ki, “Qarabağ”ın da pley-off mərhələsində matçı var. Bütün azarkeşlərimizin “Qarabağ”a dəstək verməsini istəyirəm. Həmkarım Qurban Qurbanova bu çətin oyunda qələbə arzu edirəm. Ürəyimiz sizinlə bərabər döyünəcək” – deyə O.Buruk qeyd edib.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqası keçid pley-off mərhələsinin ilk turunda "Yuventus"u 5:2 hesabı ilə məğlub edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
2
icma.az

3Источники