RU

Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

Bakı. Trend:

Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün yeni və dahasərfəli imkanlar təqdim edir. Bank tərəfindən təqdim olunan əməkhaqqı kartı layihəsi üzrə güzəşt kampaniyası çərçivəsində hüquqişəxslər və fərdi sahibkarlar xərclərini azaltmaqla yanaşı, rahat vəetibarlı bank xidmətlərindən yararlana biləcəklər.

Kampaniya çərçivəsində əmək haqqı kartları tamamilə ödənişsiztəqdim olunur. Bununla yanaşı, əmək haqqı layihəsi üzrə hüquqişəxslər və fərdi sahibkarlardan tutulacaq komissiyalar dapulsuzdur. Qeyd olunan üstünlük Ziraat Bank Azərbaycanın bankomatşəbəkəsini əhatə edən layihələrə tətbiq olunur və kampaniyamüddətində qoşulan müştərilərin ilk 3 ay ərzində həyata keçirdiyiköçürmələri əhatə edir.

Kampaniya 31 mart 2026-cı il tarixinədək qüvvədə olacaq.

Ziraat Bank Azərbaycan biznes müştərilərini bu fürsətdənyararlanmağa və əmək haqqı layihələrini daha sərfəli şərtlərləhəyata keçirməyə dəvət edir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Избранный
46
6
az.trend.az

9Источники