RU

İran ABŞ-a bildirdi: Uranı Türkiyəyə yox, bu ölkəyə verməyə hazırdır

İran rəsmiləri fevralın 6-da Omanda ABŞ ilə danışıqların birinci mərhələsi zamanı yüksək zənginləşdirilmiş uranının bir hissəsini üçüncü tərəfə, ehtimal ki, Rusiyaya təhvil verməyə hazır olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti 17 fevralda İran, Ərəb və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, yüksək dərəcədə zənginləşdirilmiş material 12 nüvə bombası üçün kifayətdir.

Diplomatların sözlərinə görə, İran həmçinin ABŞ-a üç ilə qədər uranın zənginləşdirilməsini dayandırmağı təklif etməyə hazırdır. Lakin ABŞ İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasında israr edir.

Daha əvvəl məlumat yayılmışdı ki, Türkiyə qaytarmamaq şərtilə İranın zənginləşdirilmiş uranını saxlamağa razı olduğunu bildirib.

Избранный
84
publika.az

1Источники