RU

Ermənistanda seçicilərin sayı açıqlandı: Görün əhali 5 il ərzində nə qədər azalıb

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində seçicilərin sayı 2 milyon 489 min 31 nəfərdir.

Publika.az xəbər verir ki, bu, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi və sonradan seçkiqabağı siyahılarda əks olunduğu məlumatlardır.

Fevralın 17-də MSK bölgələr və bütün respublika üzrə seçicilərin sayını dərc etdi. Bu rəqəmi əvvəlki parlament seçkiləri zamanı dərc olunmuş seçicilərin sayı ilə müqayisə etdikdə görürük ki, bu il seçicilərin sayı təxminən 100 min azalıb. 2021-ci ildə seçki siyahılarındakı seçicilərin ümumi sayı 2,5 milyondan çox, daha dəqiq desək, 2 milyon 583 min 823 nəfər olub.

“Hraparak” nəşri bununla bağlı MSK-ya sorğu göndərib. Amma MSK seçicilərin sayının azalmasının səbəbi ilə bağlı suala cavab verə bilməyib və məlumatların Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən verildiyini bildirib.

Seçicilərin sayının emiqrasiya səbəbindən azalması mümkündürmü?

Избранный
81
1
publika.az

2Источники