RU

Dağ xəstəliyi "Kainat Gözəli"ni səhnədə diz çökdürdü

2025-ci il "Kainat Gözəli" Fatima Boş Ekvadorun Ambato şəhərində keçirilən Meyvə və Çiçək Festivalında keçirilən karnaval paradı zamanı özünü pis hiss edib. Gənc qız dizləri üstə çökdükdən sonra təşkilatçı ona yaxınlaşıb və o, tədbirdə iştirakdan azad edilib.

Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Məlumata görə, müayinədən keçməsi üçün qıza birgünlük istirahət verilib. Jurnalistlər ehtimal edirlər ki, narahatlığın səbəbi kəskin dağ xəstəliyidir. Bu, böyük hündürlüklərdə oksigen səviyyəsinin və atmosfer təzyiqinin aşağı olması səbəbindən yaranan bir vəziyyətdir.

Избранный
27
publika.az

1Источники