RU

BDYPİ sürücülərə müraciət etdi

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciətedib.

Trend xəbər verirki, müraciətdə deyilir:

"Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkətitəhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş Dövlət YolPolisi İdarəsi fiziki və hüquqi şəxsləri istifadələrində olannəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə,xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmışimkanlardan faydalanmağa çağırır.

Digər məntəqələrdə olduğu kimi paytaxtın Lökbatan dairəsindənYeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyindəyerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmişMüayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımışərait yaradılıb.

Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digərregionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərənsözügedən Müayinə Mərkəzi həftənin I-VI günləri saat 09:00-dan23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyətgöstərir.

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmışsuallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavabala bilərsiz".

Избранный
58
37
az.trend.az

10Источники