RU

Sabancı ailəsinə gəlin gedir İki toy edəcəklər

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəli aktrisa Esra Bilgiçlə iş adamı Faruk Sabancının evlənmək qərarı aldığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, cütlük bu yay nikah masasına əyləşməyə hazırlaşır və iki ayrı toy mərasimi keçirməyi planlaşdırır.

Məlumata görə, ilk mərasim İtaliyanın məşhur kurort şəhəri Portofinodə təxminən 200 nəfərlik məhdud qonaq siyahısı ilə təşkil ediləcək. Daha sonra isə sosial və incəsənət dünyasının tanınmış simalarını bir araya gətirəcək daha genişmiqyaslı toyun İstanbulda keçirilməsi planlaşdırılır.

Təxminən bir ildir münasibətdə olan cütlüyün son aylarda ailələrini tanış etdikdən sonra münasibətlərini daha da ciddiləşdirdiyi qeyd edilir. Lakin tərəflər hələlik rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, münasibətlərini mediadan uzaq saxlamağa üstünlük verən Esra Bilgiç və Faruk Sabancı son olaraq qış istirahəti üçün Sent-Moritzə yollanıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
qafqazinfo.az

1Источники