RU

Dövlət Statistika Komitəsi Rza Zərrabın bacısının ərinin "BAKU ELECTRONICS"inə müştəri oldu

Dövlət Statistika Komitəsi kiçik məişət texnikalarını “Baku Electronics” MMC-dən alıb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kiçik məişət texnikalarının satın alınması üzrə tender üzrə müqaviləni “Baku Electronics” MMC ilə bağlayıb.

32gun.az xəbər verir ki, satınalmanın dəyəri 1.926 AZN təşkil edir və müqavilə artıq rəsmiləşdirilib.


32gun.az xatırladır ki, SAEID NAKHJAVANI uzun müddətdir “Baku Electronics” mağazalar şəbəkəsində direktor vəzifəsində çalışır, qanuni təmsilçisidir.  

(Fotoda olan şəxs Behram Eromidir)

Onu da bildirək ki, "Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq” şirkətidir. 

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir. 

Hazırda 35%-lik pay ilə "Bank of Baku”nun ən böyük səhmdarı "NAB Holdinq”dir.

Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb

Ayaz 


Избранный
38
azia.az

1Источники