RU

Tişörtlərin qoltuqaltı saralmalarını sürətlə ağardan ev üsulu

Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə tərdən deyil, həm də istifadə etdiyimiz antiperspirantların tərkibindəki alüminiumun tər ilə reaksiyaya girməsindən yaranır.

Milli.Az bu inadkar ləkələrdən xilas olmaq üçün kimyəvi ağardıcılara ehtiyac duymadan hazırlaya biləcəyiniz təbii bir qarışım tövsiyə edir.

Lazım olan məhsullar:
Aspirin (2-3 ədəd)

İlıq su (yarım fincan)

Hazırlanma və tətbiq qaydası:
2-3 ədəd aspirini bir qabın içində toz halına gələnə qədər əzin.

Toz halına gəlmiş aspirinləri yarım fincan ilıq su ilə qarışdırın. Aspirinlərin tamamilə həll olduğundan əmin olun.

Hazırladığınız bu mayeni tişörtün saralmış hissələrinə (qoltuqaltı bölgəsinə) bolca tökün.

Köynəyi bu şəkildə 2-3 saat saxlayın. Aspirinin tərkibindəki salisilik turşu parça liflərinə işləmiş sarı ləkələri parçalayacaqdır.

Gözləmə müddəti bitdikdən sonra köynəyinizi həmişəki kimi paltaryuyan maşında və ya əlinizdə yuyun.

Aspirinin tərkibində olan salisilik turşu güclü bir ləkə çıxarıcı xüsusiyyətə malikdir. O, parçaya zərər vermədən tər və deodorant qalıqlarının yaratdığı protein əsaslı ləkələri həll edir.

Əgər ləkələr çox köhnə və tünddürsə, aspirini az miqdarda su ilə qarışdırıb məcun halına gətirə bilərsiniz. Bu məcunu (pastanı) birbaşa ləkənin üzərinə sürtüb köhnə bir diş fırçası ilə yüngülcə ovxaladıqdan sonra gözlətmək daha effektiv nəticə verir.

Lalə Qüdrətova
Milli.Az

Избранный
32
1
milli.az

2Источники