RU

"Warner Bros. Discovery" "Paramount Skydance" ilə danışıqları bərpa etdi

Bakı. Trend:

"Warner Bros. Discovery" (WBD) "Paramount Skydance" ilədanışıqları bərpa etdiyini və potensial sövdələşmənin şərtlərinitəkmilləşdirmək üçün studiyaya bir həftə vaxt verdiyiniaçıqlayıb.

Trend xəbər verirki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, "Warner Bros. Discovery" daha əvvəl "Paramount"unsəhmləri 30 dollardan geri almaq təklifini rədd etmişdi, lakinhazırda şərtlərin yenidən nəzərdən keçirilməsi üçün 23 fevraltarixinədək vaxt verib.

Mənbələrin bildirdiyinə görə, "Paramount" rəhbərliyi idarəheyətinin sövdələşmə ilə bağlı danışıqlara qayıtmasına ümid edərəktəklifi səhm başına 31 dollara qaldırmağa hazır olduğunu bəyanedib.

Danışıqların yeni mərhələsinə baxmayaraq, "WBD" səhmdarlaradekabr ayında artıq razılaşdırılmış "Netflix" ilə müqavilənidəstəkləməyi tövsiyə etməkdə davam edir. Ümumi dəyəri 82,7 milyarddollar olan bu razılaşma çərçivəsində yayım xidmətinin, filmstudiyasının və "HBO" kabel kanalının satışı nəzərdə tutulur.

Qeyd olunur ki, səhmdarların fövqəladə yığıncağının keçirilməsiplanlaşdırılır və burada sövdələşmənin təsdiqlənməsi məsələsimüzakirəyə çıxarılacaq.

Xatırladaq ki, dekabrın 5-də "Netflix" "Warner Bros."u səhmbaşına 27,75 dollara almağı planlaşdırdığını açıqlamışdı. Burazılaşmanın ümumi dəyəri 72 milyard dollar, şirkətin tam dəyəriisə 82,7 milyard dollar olaraq qiymətləndirilmişdi.

Избранный
55
az.trend.az

1Источники