RU

Daha bir itkin şəhidin kimliyi müəyyənləşib

Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub. Belə ki, indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimov (Kərimov Şahin Heydər oğlu) nəşinin kimliyi müəyyən edilib.

Məlumata görə, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.

Ş.Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub. Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, ötən gün də Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.

Mətləb

Избранный
17
4
sia.az

7Источники