RU

"Real Madrid" və PSJ qalib gəldi, "Atalanta" Almaniyada məğlub oldu

BAKI, 18 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlara start verilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə ümumilikdə dörd qarşılaşma keçirilib.

Turnirin son çempionu PSJ Fransanın digər təmsilçisi “Monako”nun qonağı olub.

Gərgin keçən görüş parislilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşmalarında İspaniyanın “Real Madrid” klubu Portuqaliyada “Benfika”nı 1:0, Almaniyanın “Borussiya Dortmund” komandası isə doğma meydanında İtaliyanın “Atalanta” kollektivini 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları çərçivəsində qalan dörd matç, o cümlədən “Qarabağ” - “Nyukasl” oyunu fevralın 18-də keçiriləcək.

Избранный
45
teleqraf.com

1Источники