“Liverpul” “Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocerslə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 23 yaşlı futbolçunun nümayəndələri ilə hələ rəsmi danışıqlara başlamayıb. Oyunçu ilə “Arsenal”, “Tottenhem” və “Mançester Yunayted” də yaxından maraqlanır.
Rocers cari mövsümdə 37 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.
Onun “Aston Villa” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.