RU

9 yaşlı uşaq dünya rekordu qırdı

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Doqquz yaşlı polşalı Teodor Zayder 3x3x3 formatlı Rubik kubunu 2,766 saniyəyə yığaraq dünya rekordu müəyyənləşdirib.

Axşam.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Rekord nəticə Qdansk şəhərində keçirilən "Gdansk Speedcubing League" turniri zamanı qeydə alınıb. Zayder bununla Rubik kubunu üç saniyədən az müddətdə yığmağı bacaran ilk şəxs olub.

Əvvəlki rekord isə 2025-ci ildə 3,05 saniyə nəticə ilə çinli Syuani Genə aid idi.

Qeyd edək ki, Rubik kubu 1974-cü ildə macar ixtiraçı Ernö Rubik tərəfindən yaradılıb. O, həmçinin bu tapmacanı həll edən ilk şəxs olub və kubu yığmaq üçün bir ay vaxt sərf edib. Rubik hazırda Macarıstanda yaşayır və ixtirasının pərəstişkarlarının fəaliyyətində aktiv iştirak etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
axsam.az

1Источники