ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Taylandda azyaşlı övladını xərçəngdən itirən ailə tibb dünyasında nadir hallarda rast gəlinən addım atıb. Onlar iki yaşlı qızları Materinin beynini gələcəkdə dirildilməsi ümidi ilə dondurmağa qərar veriblər.Demokrat.az xəbər verir ki, balaca Materinə beyin xərçənginin ağır forması olan ependimoblastoma diaqnozu qoyulmuşdu. Uşaq 12 beyin əməliyyatı və onlarla kimyaterapiya kursu keçsə də, müalicələr nəticə vermədi. Tibb mühəndisi olan valideynlər övladlarının sağalmayacağını anladıqda elmin imkanlarına sığınmağı seçdilər.Ailə ABŞ-da fəaliyyət göstərən və krionika sahəsində ixtisaslaşan təşkilatla əməkdaşlıq edib. Materin üç yaşına çatmamış vəfat etdikdən dərhal sonra xüsusi prosedurlara başlanılıb. Hazırda uşağın beyni mənfi 196 dərəcə temperaturda, maye azotun içində saxlanılır.Qızın atası Sahatorn bildirir ki, süni mayalanma da vaxtilə fantastika hesab olunurdu, lakin indi adi hala çevrilib. O, texnologiyanın inkişafı sayəsində 30 ildən sonra qızının yeni bədəndə həyata dönə biləcəyinə inanır.Ekspertlərin fikrincə, bu proses adi dondurulma deyil. Xüsusi məhlullar sayəsində hüceyrələrdə buz kristalları yaranmır və toxumalar zədələnmədən qorunur. Bu üsul ölümün səbəblərinin gələcəkdə aradan qaldırılması üçün bir növ körpü rolunu oynayır.Materin dünyada bu üsulla dondurulan ən gənc insan kimi tarixə düşüb. İndi valideynlər tibbin həm xərçəngə əlac tapacağı, həm də dondurulmuş toxumaları bərpa edə biləcəyi günü gözləyirlər.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.