RU

Bu avtomobillər 5 faiz bahalaşdı

"Bu ilin yanvar ayının 1-dən etibarən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər dayandırılıb. Buna görə də hibrid və elektromobillərin qiymətlərində müəyyən dəyişiklik müşahidə olunur".Bu barədə Metbuat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, bahalaşmaya baxmayaraq, həmin nəqliyyat vasitələrinə tələbat var və ölkəyə gətirilir: “Ölkəyə avtomobil gətirilməsi sərbəstdir. Dünyanın müxtəlif ölkələrindən hər gün həm yeni, həm də ikinci əl avtomobillər idxal olunur. Hər kəs öz iqtisadi imkanına uyğun seçim edir və həmin avtomobilləri alır”. Ekspertin sözlərinə görə, ikinci əl avtomobil qiymətlərində də təxminən 5 faiz dəyişiklik var: “Mühərrik həcmi 3000 kub santimetrdən yuxarı olan köhnə avtomobillərə maraq nisbətən azalsa da, 1500–2000 kub santimetr mühərrik həcminə malik avtomobillərə tələbat artıb. Bu dinamika həm yeni, həm də ikinci əl avtomobillərin satışında özünü göstərir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
81
metbuat.az

1Источники