Tomas Tuxel İngiltərə yığmasını daha uzun müddət çalışdıracaq. İngiltərə Futbol Assosiasiyası (İFA) milli komandanın baş məşqçisi ilə müqaviləni yeniləyib.
İFA-nın mətbuat xidmətinin məlumatına görə, almaniyalı mütəxəssislə yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. 52 yaşlı Tuxel İngiltərə yığmasına 2025-ci ilin əvvəlindən rəhbərlik etməyə başlayıb. Onun səlahiyyət müddəti bu ilin yayına qədər idi. Komanda Tuxelin başçılığı altında DÇ-2026-nın seçmə turnirində yarışdığı qrupu 1-ci yerdə başa vuraraq final mərhələsinə vəsiqə qazanıb.
“Futbolun yaradıcıları”nın Albaniya, Serbiya, Latviya və Andorranın da yarışdığıqrupda keçirdikləri 8 oyunda maksimum nəticə göstərmək və top buraxmamaqla Avropada rekord müəyyən etdiklərini də xatırladaq. Tuxel əvvəllər “Auqusburq”, “Maynts-05”, “Borussiya” (Dortmund), PSJ, “Çelsi” və “Bavariya”nı çalışdırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта