Bakı, 17 fevral, AZƏRTAC
Cenevrə şəhərində Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətlərinin Ukraynadakı nizamlanmanı müzakirə etdiyi danışıqların ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlı mənbə “İnterfaks” agentliyinə bildirib.
Agentliyin mənbəsinin sözlərinə görə, “Cenevrədə danışıqlar başa çatıb; onlar təxminən dörd saat yarım davam edib. Danışıqlar fevralın 18-də davam etdiriləcək”.
Görüş “InterContinental Geneva” otelində reallaşıb və media nümayəndələri üçün qapalı keçirilib.
Danışıqlarda Moskva, Kiyev və Vaşinqton administrasiyalarının nümayəndələri iştirak ediblər.