RU

Bəzi ərəb ölkələrində Ramazan ayı sabah başlayır



Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Fələstin və İraq sabahın Ramazan ayının ilk günü olacağını elan ediblər.Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin yazılı açıqlamasında Ramazan ayının göründüyü və sabahın Ramazan ayının ilk günü olacağı bildirilib.

Qətər Vəqflər və İslam İşləri Nazirliyinin Ayın Görülməsi Komitəsi də sabahın Ramazan ayının ilk günü olacağını açıqlayıb.BƏƏ-də Prezident Aparatı Ramazan ayının göründüyünü, Yəmənin Vəqflər və İrşad Nazirliyi də sabahın Ramazanın ilk günü olacağını açıqladı.


Qüds və Fələstinin Baş Müftisi Şeyx Məhəmməd Hüseyn də Ramazanın ilk gününün sabah başlayacağını bildirdi.

İraqda Sünni Vəqfi və İraq Kürdüstan Regional Hökumətinin (İKRG) Vəqflər Nazirliyi də Ramazanın ilk gününün sabah başlayacağını bildirdi.

Ramazana cümə axşamı günü başlayacaq ölkələr:

İordaniyanın Baş Müftisi Əhməd əl-Həsənət, ayın görünməməsi səbəbindən sabahın Şaban ayının 30-cu günü hesab ediləcəyini və Ramazanın 19 fevral cümə axşamı günü başlayacağını açıqladı.

Türkiyə, İran və Suriya Ramazanın cümə axşamı günü başlayacağını açıqladı.

aia.az
Tərcümə şöbəsi



Избранный
73
aia.az

1Источники