RU

Ötən il Avropada islamofobiyanın ən yüksək olduğu ölkə Fransadır

Ötən il Avropada islamofobiyanın ən yüksək olduğu ölkə Fransadır

Avropa İslamofobiya ilə Mübarizə Birliyinin (CCIE) hesabatına görə, 2025-ci ildə Avropa miqyasında müsəlmanlara qarşı insidentlər artıb və bu halların böyük əksəriyyəti Fransada qeydə alınıb.

CCIE-nin 2025-ci il hesabatında Avropada müsəlmanlara qarşı nifrət nitqinin normallaşdırılmasının narahatlıq doğuran səviyyədə olduğu bildirilib. Hesabatda müsəlmanlara qarşı fiziki zorakılıq hallarının artdığı və institusional ayrı-seçkiliyin dərinləşdiyi, bu vəziyyətin ən çox müşahidə edildiyi ölkələrin başında isə Fransanın gəldiyi qeyd olunub.

Sənəddə vurğulanıb ki, Fransada müsəlmanlara məxsus təşkilatlar və vətəndaş cəmiyyəti fəalları üçün ictimai sahə getdikcə daralır; sosial ayrı-seçkiliklə yanaşı, bu qurumların fəaliyyətinin məhdudlaşdırılması və ləğv edilməsi üçün hüquqi və inzibati vasitələrdən daha çox istifadə olunur.

Hesabatda 2025-ci il ərzində Avropa miqyasında müsəlmanlara qarşı 876 insidentin qeydə alındığı və bu halların 85%-nin məhz Fransada baş verdiyi bildirilib. Digər diqqətçəkən məqamlar bunlardır:

Müsəlmanlara qarşı yönəlmiş hadisələrin 80%-ində qurbanlar qadınlardır;Bu qadınların 40%-i məhz hicab taxdıqları üçün ayrı-seçkiliyə məruz qalıblar;876 hadisənin 178-ində fiziki zorakılığa əl atılıb.

Fransanın Qard bölgəsindəki məsciddə 23 yaşlı müsəlman gəncin bıçaqlanaraq öldürüldüyü hücumun da xatırladıldığı hesabatda, bu hadisənin təkcə bir şəxsə deyil, həm də dini azadlıqlara qarşı bir hücum olduğu vurğulanıb.

Mütəxəssislər qeyd edirlər ki, Avropada hökm sürən anti-müsəlman və damğalayıcı ritorika sadəcə simvolik ayrı-seçkilik deyil, həm də insan ölümü ilə nəticələnə biləcek real təhlükələr yaradır. Fransız səlahiyyətlilərinin 2020-ci ildə CCIE-ni ləğv etmək üçün oxşar hüquqi yollara baş vurduğu da hesabatda xüsusi qeyd edilib.

Избранный
5
1
afn.az

2Источники