RU

Bankdan pul çıxaranları qarət etdilər İş məhkəməyə düşdü VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bankdan pul çıxaran 2 şəxsə qarşı soyğunçuluq edən 3 şübhəli saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisə kameraya düşüb.

Məlumata görə, Kamal Ertan (adlar şərtidir – red.) Fatih küçəsində yerləşən bankların birindən çıxardığı 66 min 85 manatı küçədə onunla birlikdə olan dostu Abdulla Abbasa verib.

Bu zaman üç nəfər iki dosta yaxınlaşaraq pul dolu çantanı zorla onun əlindən alıblar və gəldikləri maşına minərək hadisə yerindən qaçıblar.

Özlərini itirməyən zərərçəkənlər dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları təhlükəsizlik kameralarını araşdırdıqdan sonra soyğunun 40 yaşlı Dilman Çağlar, 34 yaşlı Orçun Çürük və 32 yaşlı Mithat Dəmirçi tərəfindən törədildiyi müəyyən edilib. Çoxsaylı cinayət qeydləri olan şübhəlilər keçirilən əməliyyat-axtarış tədbirlərindən sonra tez bir zamanda yaxalanıblar.

Hazırda barələrində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 6

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
avtosfer.az

1Источники