RU

Rumıniyada antibiotiklərə davamlı qədim bakteriya aşkarlanıb

Bakı. Trend:

Rumıniyada yerləşən “Skarişoara” buz mağarasında aparılantədqiqatlar zamanı alimlər 5 min illik buz qatlarındaantibiotiklərə yüksək davamlılıq göstərən qədim bakteriya aşkarediblər.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, molekulyar bioloqlar buz çöküntülərindən ayrılmışvə Psychrobacter cinsinə aid olan mikroorqanizmin genomunu deşifrəediblər. SC65A.3 indeksi ilə tanınan bu ştam mövcud on müxtəlifantibiotik növünə qarşı davamlılıq nümayiş etdirib. Alimlərmüəyyənləşdiriblər ki, bakteriyanın DNT-sində antibiotiklərizərərsizləşdirməyə cavabdeh təxminən 100 gen mövcuddur.

Araşdırmalar göstərib ki, bakteriya yalnız antibiotiklərədavamlı deyil, eyni zamanda, bir sıra təhlükəli“superbakteriyaların”, o cümlədən xəstəxana mənşəli stafilokok,klebsiella və digər patogenlərin çoxalmasını ləngidə bilən maddələrdə ifraz edir. Bu isə mikroorqanizmi alternativ antimikrobpreparatların hazırlanması baxımından perspektivli tədqiqatobyektinə çevirir.

Qeyd edək ki, Rumıniyada aşkar edilmiş bu qədim bakteriya həmantibiotiklərə davamlılığın təkamül mexanizmlərinin öyrənilməsi,həm də yeni dərman strategiyalarının hazırlanması baxımından elmiictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Избранный
88
az.trend.az

1Источники