İranın xarici işlər naziri BMT-nin Tərksilah üzrə Konfransında çıxış edərək ölkəsinin nüvə proqramı ilə bağlı mövqeyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazir bildirib ki, nüvə silahı bəşəriyyət üçün ciddi təhlükə yaradır.
Onun sözlərinə görə, hazırda dünya 12 mindən çox nüvə başlığının kölgəsi altında yaşayır və insanlıq bu silahın real istifadəsinin şahidi olub.
Araqçi vurğulayıb ki, İran dəfələrlə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edib:
“Dini və ideoloji baxımdan biz nüvə silahının yaradılmasını qadağan hesab edirik. Dinc nüvə enerjisi bütün ölkələrin haqqıdır”.
XİN rəhbəri qeyd edib ki, ABŞ və Avropa ölkələri İsrailin fəaliyyətlərinə göz yumurlar:
“İsrail son iki ildə yeddi ölkəyə hücum edib və bütün beynəlxalq qanunları pozub”.
O, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə texniki danışıqları davam etdirəcəyini bildirib:
“İran hər zaman məzmunlu və ədalətli danışıqlara hazırdır”.
Araqçi əlavə edib ki, ölkəsi istənilən təhlükə və aqressiv hərəkətə qarşı özünü müdafiə etməyə tam hazırdır:
“Avantürist addımların nəticələri yalnız İran sərhədləri ilə məhdudlaşmayacaq”.
Natiq Səlim,
KONKRET.az