Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
Çempionlar Liqasının ən sürətli oyunçusu seçildi
Çempionlar Liqasının cari mövsümündə ən sürətli futbolçuların reytinqi açıqlanıb.
QOL.az xəbər verir ki, siyahıya "Mançester Siti"nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov başçılıq edir.
Gənc futbolçu saatda 35.8 km sürət yığaraq turnirin ən çevik oyunçusu olub. O, bu göstəricidə dünya ulduzları Kilian Mbappe ("Real", 35.67 km/s) və komanda yoldaşı Erlinq Haalandı (34.87 km/s) qabaqlamağı bacarıb.
Siyahının ilk onluğu isə belədir:
Abdukodir Xusanov ("Mançester Siti") – 35,8 km/s
Kilian Mbappe ("Real") – 35,67 km/s
Lua Openda ("Yuventus") – 35,16 km/s
Mikki van de Ven ("Tottenhem") – 35,11 km/s
Hüqo Ekitike ("Liverpul") – 34,91 km/s
Erlinq Haaland ("Mançester Siti") – 34,87 km/s
Kristian Kofane ("Bayer") – 34,84 km/s
Arçi Qrey ("Tottenhem") – 34,82 km/s
Eder Militao ("Real") – 34,61 km/s
Feliks Nmeça ("Borussiya" Dortmund) – 34,55 km/s
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.