RU

İran-ABŞ diplomatlarının danışığı üzə çıxıb: Vaşinqton nəyə razı deyil?

İran hakimiyyəti uran zənginləşdirməsinin dayandırılmasını, ehtiyatlarının bir hissəsini xaricə ixracını və nüvə danışıqlarında irəliləyiş əldə etmək üçün ABŞ ilə əməkdaşlıq etməyi müzakirə edir. Bu addımlar ABŞ-nin mümkün zərbəsinin qarşısını ala bilər.

Hakimiyyet.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ və İran diplomatlarının açıqlamalarına görə, İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya təhvil vermək niyyətində olduğunu bildirib. İran həmçinin uran zənginləşdirməsini üç ilə qədər müvəqqəti olaraq dayandırmaq istədiyini bildirib. Tehran ABŞ-ın iyun ayında nüvə proqramındakı əsas obyektləri sıradan çıxaran zərbələrdən sonra uran zənginləşdirməsini dayandırıb.

Diplomatların sözlərinə görə, fevralın əvvəlində keçirilən ilk görüşdə İran zənginləşdirilmiş urandan yanacaq lövhələri istehsal etmək üçün regional konsorsium yaratmağı təklif edib. Diplomatlar vurğulayıblar ki, İran bu prosesi ölkə daxilində davam etdirməkdə maraqlıdır və ABŞ bununla razılaşmır.

Qeyd edək ki, ABŞ-İran nüvə danışıqları bu gün Cenevrədə başa çatıb.

Избранный
18
3
hakimiyyet.az

4Источники